“Qafqazinfo” xəbər verir ki, kişi komandaların yarışında B qrupunda yer alan Azərbaycan yığması növbəti ağır sınağına çıxacaq.
İlk iki qarşılaşmadan məğlub ayrılan komandamız saat 18:45-də Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək.
***
Kişilərin yarışında İspaniya millisi Slovakiya yığmasına 14:9, İtaliya komandası Ukrayna kollektivinə 18:6 hesabla qalib gəlib.
Qadınların mübarizəsində isə İspaniya millisi slovakiyalıları böyük hesabla məğlub edib – 20:4.
***
Kişilərin mübarizəsində Azərbaycan yığması Almaniya komandasına 7:17 hesabı ilə məğlub olub.
Qadınların yarışında isə İtaliya-Rusiya qarşılaşmasında qalib müəyyənləşməyib – 11:11.
Son xəbərlər
Son Xəbərlər