Azərbaycan yığması Monteneqroya qarşı

azerbaycan-yigmasi-monteneqroya-qarsi
Oxunma sayı: 663

Bu gün kişi voleybolçular arasında 2021-ci il Avropa çempionatının seçmə  mərhələsi start götürür.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin yer aldığı F qrupunun oyunları Gürcüstanda keçiriləcək. Yığmamız ilk görüşündə Monteneqro ilə üz-üzə gələcək. Qrupun digər görüşündə Gürcüstan Yunanıstanla qarşılaşacaq.

2021-ci il Avropa çempionatı  
Seçmə mərhələ
F qrupu

15:30 Azərbaycan - Monteneqro

Qeyd edək ki, komandamız sabah Gürcüstan, ertəsi gün Yunanıstanla üz-üzə gələcək.