“Azərbaycan yığması sürətlə inkişaf edir”

azerbaycan-yigmasi-suretle-inkisaf-edir
Oxunma sayı: 1003


“Qafqazinfo”nun Apasport.az saytına istinadən  məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli deyib.

Təcrübəli mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında AVRO-2016-nın seçmə mərhələsinin püşkatmasına münasibət bildirib.

 H qrupunda Azərbaycan yığmasının rəqibi olan appeninlilərin çalışdırıcısı burada yer alan komandaları dəyərləndirib: “Əslində, bizə heç də göründüyü qədər asan qrup düşməyib. Xorvatiya və Bolqarıstan potensialına görə qrupda 1-ci ola bilər. Malta ilə DÇ-2014-ün seçmə mərhələsində oynamışıq. Bilirik ki, onlarla görüşdə asan olmayacaq. Norveçin də yaxşı komandası var. Azərbaycan millisi sürətlə inkişaf edir. Çətin qrupa düşdüyümüzü fikirləşirəm. Belə qrupdan çıxmaq üçün isə seçmə mərhələyə yaxşı hazırlaşmalıyıq”.