Türkiyə U-17 millisinin üzvü Ünal Altıntaş Azərbaycan millisində oynamaq üçün dəvət alıb.
“Qafqazinfo” xəbər verir ki, Almaniyanın “Kayzerslauten” klubunda çıxış edən 193 sm boya sahib olan futbolçu bundan imtina edib.
Bu barədə məlumatı futbolçunun meneceri məşhur oyunçu Hakan Çalhanoğlunun atası Hüseyn Çalhanoğlu verib. O bildirib ki, Azərbaycanda yığmasından dəvət alsalar da, bundan imtina ediblər: “Ünal Türkiyə yığmasında oynayacaq. Almaniyanın böyük klubları onu heyətində görmək istəyir. O, istedadlı oyunçudur. Bir vaxlar Azərbaycan yığmasından təklif almışdı. Amma biz bundan imtina etdik”.
Son xəbərlər
Son Xəbərlər