Azərbaycan yığmasının futbolçusu Türkiyə Superliqasında

azerbaycan-yigmasinin-futbolcusu-turkiye-superliqasinda
Oxunma sayı: 631

“Qafqazinfo”nun verdiyi məlumata görə, 22 yaşlı futbolçu Türkiyənin “Eskişehirspor” klubu ilə 3 illik müqavilə bağlayıb.
İmza mərasimində “Eskişehirspor”un idman direktoru Zafer Tüzün, idarə heyətinin üzvləri Əkrəm Birsen və Mustafa Kozanlıoğlu da iştirak edib.
Türk əsilli Ufuk Budak 1990-cı ildə Almaniyada doğulub. Milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunan futbolçu millimizin heyətində 8 oyuna çıxıb.

Qeyd edək ki, Ufuk Budak buna qədər Almaniyanın “Frayburq” klubunun 2-ci komandasında çıxış edirdi.

Ceyhun Əhmədov