Azərbaycan yığmasının hər iki oyunu macarlara tapşırıldı

azerbaycan-yigmasinin-her-iki-oyunu-macarlara-tapsirildi
Oxunma sayı: 2052

Futbol üzrə yığma komandamızın gələn ay keçirəcəyi yoldaşlıq matçlarının hakimləri açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, Albaniya və Qazaxıstanla Macarıstanda baş tutacaq oyunlarda macar referilər iş başında olacaqlar.

İyunun 7-də Albaniya ilə nəzərdə tutulan qarşılaşmada 33 yaşlı İştvan Vad ədaləti qoruyacaq. İştvan Albert və Qerqo Viq-Tarsonyi köməkçi hakimlər olacaqlar. “Haladas SportKomplexum” stadionunda təşkil ediləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İyunun 11-də Qazaxıstanla baş tutacaq görüşdə baş hakim funksiyasını Qerqo Boqar icra edəcək. Ona Teodoros Georgiou və Balaj Şalai kömək edəcəklər. Dördüncü hakim missiyası isə Bense Şonkaya həvalə olunub. Bu oyun da “Haladas SportKomplexum” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.