Azərbaycan yığmasının üzvü Bundesliqa klubundan imtina etdi

azerbaycan-yigmasinin-uzvu-bundesliqa-klubundan-imtina-etdi
Oxunma sayı: 1137

Azərbaycan yığmasının üzvü Rüfət Dadaşov Almaniya Bundesliqasında oynamaqdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, “Paderborn” klubu millimizin forvardını heyətinə qatmaq istəsə də, o, təklifi qəbul etməyib. 

Buna səbəb isə Dadaşovun ABŞ-ın “Feniks Rizinq” klubundan sərfəli təklif alması olub. Hücumçu maddi məsələlərdə daha yaxşı şərtlər təklif edən ABŞ klubu ilə anlaşıb.