“Qafqazinfo” “AzərTAc” dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, Fransa Silhlı Qüvvələrinin nümayəndələri ilə birgə məşqlərə başlayan zabitlərimiz Azərbaycan Respublikasının bayrağını ilk dəfə olaraq iyulun 14-də Parisdə keçiriləcək hərbi paradda dalğalandıracaqlar.
“Azərbaycan ilə Fransa arasında movcud olan dostluq əlaqələri son zamanlar müdafiə sahəsində də əməkdaşlığın uğurlu inkişafına şərait yaradıb. Azərbaycan Respublikası Müdafiə Nazirinin bu ilin yanvarında Fransaya rəsmi səfəri zamanı əldə edilən razılıq ikitərəfli hərbi əlaqələrin inkişafı üçün geniş imkanlar açıb. Fransanın milli bayramı münasibətilə keçiriləcək paradda ilk dəfə Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin iştirakı ölkələrimiz arasındakı sıx dostluq münasibətlərinin və əməkdaşlığın bariz nümunəsidir” – deyə, dövlət agentliyinin yaydığı məlumatda bildirilib.
Son xəbərlər
Son Xəbərlər