“Azərbaycan zəruri hesab etdiyi tədbirləri görməli oldu” - Türkiyə XİN

azerbaycan-zeruri-hesab-etdiyi-tedbirleri-gormeli-oldu
Oxunma sayı: 1421

“Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin Azərbaycan ordusunun üzvlərinə və təhlükəsizlik qüvvələrinə qarşı uzun müddətdir davam edən silahlı basqınlarına və təxribatlarına qarşı bu gün Azərbaycan ordusu tərəfindən hərbi qüvvələri hədəf alan antiterror tədbirləri keçirilib.

İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı daim bəyan etdiyi haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu.

Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticəyönümlü şəkildə davam etdirilməsinin təmin edilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur”, - deyə Türkiyə XİN-dən bildirilib.