Azərbaycana 20 milyard dollar investisiya yatırılıb

azerbaycana-20-milyard-dollar-investisiya-yatirilib
Oxunma sayı: 1022

Avropa İttifaqı Azərbaycanda əsas kapitala 20 milyard dollar investisiya yatırıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda deyib.

O bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2015-ci ildə xarici ticarət dövriyyəsində Avropa İttifaqının payı 47,5 faiz olduğu halda, bu ilin birinci rübündə bu rəqəm artıq 43 faizdir.

Nazir bildirib ki, Avropa İttifaqı Azərbaycanda əsas kapitala 20 milyard dollar investisiya yatırıb. Bunun 2,7 milyard dolları qeyri-neft sektoruna aiddir.

"Biz çalışırıq ki, iqtisadiyyatın inkişafını qeyri-neft sektoruna yönəldək. "Cənub qaz dəhlizi" Aİ-nin əsas infrastruktur layihələrindən biridir. Ölkə iqtisadiyyatında son 10 ildə neft sektorunun payı 60 faizdən 30 faizə düşüb. Özəl sektorun payı isə 80 faizi ötüb", - deyə Ş.Mustafayev vurğulayıb.