Azərbaycana bu il gətirilən avtobusların sayı açıqlandı

azerbaycana-bu-il-getirilen-avtobuslarin-sayi-aciqlandi-
Oxunma sayı: 639

Bundan əlavə, 3 min 434 sürücü və 2 min 725 nəqliyyat vasitəsi haqqında toplanmış ətraflı məlumatlar, avtobus marşrutlarının son variantının, avtobusların hərəkət cədvəlinin və dayanacaqların siyahısı kodlaşdırılıb. Hazırda avtobus marşrut sxemlərinin təkmilləşdirilməsi və avtobuslarda quraşdırılmış bort avadanlıqlarının tənzimlənməsi ilə bağlı müvafiq işlər davam etdirilir.

Ümumiyyətlə “Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin yaradılması” layihəsi üzrə 2012-ci il üçün nəzərdə tutulmuş 23 milyon manat məbləğində dövlət investisiya vəsaitindən hesabat dövründə 3,4 milyon manat istifadə edilib.

Cari ilin altı ayında əhaliyə göstərilən sərnişin daşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə respublikaya 200 iritutumlu, 50 orta tutumlu müasir avtobuslar və 785 taksi avtomobili gətirilərək istismara verilib. Hazırda Bakıda 1416 iri, 1096 orta və 310 kiçik tutumlu avtobus istismar edilir.