“Azərbaycana daxil olan suları qonşu ölkələr çirkləndirir”

azerbaycana-daxil-olan-sulari-qonsu-olkeler-cirklendirir
Oxunma sayı: 752

“Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır. Təəssüf ki, bu sular da qonşu ölkələr tərəfindən daim çirkləndirilir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Deputat qeyd edib ki, Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb: “Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan - Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil”.

Zaur Mirzə