“Azərbaycana dəfələrlə sülh təklif olunsa da...”- Andiçmə

azerbaycana-defelerle-sulh-teklif-olunsa-da-andicme
Oxunma sayı: 640

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, mərasimdə çıxış edən Sarkisyan ilk olaraq seçkilərdə aktiv iştirak edən və ona yenidən bu posta qalmağı etibar edən ölkə vətəndaşlarına təşəkkürünü bildirib. Sarkisyan eyni zamanda, ölkənin daxili siyasətinin əsas üç prioritetini də açıqlayıb.

Bura miqrasiya, yoxsulluq, işsizlik, problemlərinin həlli, daha sonra qanunun aliliyinin təminatı və demokratiyanın dərinləşdirilməsi daxildir.

Ölkənin növbəti illərdə yürüdəcəyi xarici siyasətə toxunan Sarkisyan bildirib ki, Qarabağ münaqişəsinin nizama salınması, tam sülh şəraiti təmin edilməyənə qədər Ermənistanın əsas prioriteti olaraq qalacaq: “Biz ilk növbədə öz gücümüzə güvənməliyik. Biz heç vaxt öz xalqımızı müharibə təhdidləri ilə qorxutmamışıq, bundan müxalifəti susdurmaq üçün istifadə etməmişik. Biz müharibə istəmirik, lakin bununla yanaşı istənilən çağırışa qarşı dura bilərik. Kimlər ki yaxşı dərk etmir, bir daha təkrara edirəm – istənilən çağırışa”.

Sarkisyan həmçinin çıxışında bildirib ki, Azərbaycana dəfələrlə insan haqlarına əsaslanan layiqli sülh təklif olunsa da, qarşı tərəf bu təklifi qəbul etməyə hazır deyil.