Moskva vilayət Məhkəməsinin qərarı ilə ötən gün Azərbaycana deportasiyası nəzərdə tutulan jurnalist Fuad Abbasov aeroportdan geri qaytarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist səs yazısı paylaşıb.
O, bildirib ki, Bakıya qayıtmaq üçün yola çıxıb, lakin yarı yolda geri qaytarılaraq xarici vətəndaşların saxlanıldığı təcridxanaya aparılıb. "Ya məni Azərbaycana göndərsinlər, ya da sərbəst buraxsınlar" deyən Abbasov qərara etiraz olaraq ötən gündən aclıq aksiyasına başladığını elan edib.
Son xəbərlər
Son Xəbərlər