Azərbaycana dərman göndərən saxtakarlar tutuldu

azerbaycana-derman-gonderen-saxtakarlar-tutuldu-
Oxunma sayı: 1051

Saxta resepetlərlə dərman əldə edib Azərbaycan, İraq, Suriya və Misirə göndərən dəstə saxlanılıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulda başlayan xüsusi əməliyyat bu gün səhər saatlarında Ankara daxil olmaqla 7 bölgədə həyata keçirilib.

Əməliyyat zamanı aralarında həkim, əczaçı və əcza anbarı sahiblərinin də olduğu 28 nəfər saxlanılıb. Məlumata görə, dəstənin yazdığı saxta reseptlər nəticəsində dövlət büdcəsi 6 milyon TL zərərə uğrayıb.

Aysel Kərimova