Azərbaycana ən çox bu ölkələrdən turist gəlir

azerbaycana-en-cox-bu-olkelerden-turist-gelir
Oxunma sayı: 1201

2019-cu il girəndən Azərbaycana gələn əcnəbilərin sayında artım müşahidə olunub. 

“Qafqazinfo” xəbər verir ki, cari ilin yanvar ayında ölkəyə 191,4 min xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.

Əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır - bu regionlardan müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.

Ən yüksək artım tempi Cənubi Asiya ölkələri olan Pakistan və Hindistana, Mərkəzi Asiyadan Qazaxıstan və Türkmənistana məxsusdur. Yanvar ayında bu ölkələrin hər birindən 2000-dən çox xarici vətəndaş gəlib.