“Qafqazinfo”nun xəbərinə görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, idxalın 24,3 faizi və ya 854,2 milyon dolları MDB üzvü dövlətlərinin, 30,9 faizi və ya 1,1 milyard dolları Avropa İttifaqı ölkələrinin, qalan hissəsi və ya 1,5 milyard dolları isə digər dövlətlərin hesabına formalaşıb.
Ölkəmizə idxal olunmuş malların ümumi həcminin 14,6 faizi Rusiyanın, 13,9 faizi Türkiyənin, 8,7 faizi Amerika Birləşmiş Ştatlarının, 7,8 faizi Almaniyanın, 7,4 faizi Çinin, 6,2 faizi Böyük Britaniyanın, 5,1 faizi Ukraynanın, 3,4 faizi Qazaxıstanın payına düşür.
Son xəbərlər
Son Xəbərlər