“Qafqazinfo” “Mediaforum”a istinadən xəbər verir ki, əhalinin 53,2 faizi şəhərlərdə yaşayır. Qalan 46,8 faizi isə kənd sakinləridir. Əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Hər kvadrat kilometrə 110 nəfər düşür.
Yanvar-fevral ayları ərzində 27,7 min, yaxud hər gün orta hesabla 469 körpə dünyaya göz açıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum eyni səviyyədə (18,3) qalaraq dəyişməyib. Dünyaya gələn körpələrin 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır.
Əhalinin hər 1000 nəfərinə hesabı ilə təbii artım 2000-ci ildə 8,8 olub, 2013-cü ildə bu göstərici artaraq 12,8-ə çatıb.
2013-cü ildə doğulanların sayı 2000-ci illə müqayisədə 26,5 faiz artıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 2013-cü ildə 5,8 olub.
2013-cü ildə daimi yaşamaq üçün ölkəyə gələnlərin sayı eyni məqsədlə ölkədən gedənlərin sayından 4 dəfə çox olub.
Son xəbərlər
Son Xəbərlər