Bu günlərdə İraqın “Zaxo” klubundan qovulan rumıniyalı məşqçi Dorinel Muntyanu ölkəsinin mətbuatına müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, vaxıilə “Qəbələ”də çalışmış mütəxəssis karyerasından danışıb. O, Azərbaycana gəlişinin səhv addım olduğunu deyib:
“Yenidən çalışmaq istəyirəm. Almaniya və ya qızım Byankanın işlədiyi Hollandiyada ola bilər. Təbii ki, indiki məqamda bu, çətindi. Çünki çox məşqçi orda iş axtarır. Mənim karyeramla bağlı səhvim Azərbaycan və İraqdan gələn təklifi qəbul etmək olub. Rumıniya yaxşıdı, burdan təkliflər var. Ancaq maliyyə baxımından problemlər mövcuddu”.
Qeyd edək ki, Muntyanu 2014-cü ildə “Qəbələ”də çalışıb.
Son xəbərlər
Son Xəbərlər