“Azərbaycana həm də haqlı olduğu üçün dəstək olduq”

azerbaycana-hem-de-haqli-oldugu-ucun-destek-olduq
Oxunma sayı: 1151

"Adətən, ölkələr arasında münasibətlər dövlətlər səviyyəsində olur. Ancaq Azərbaycan, Pakistan və Türkiyə üçün belə deyil. Daha yüksək səviyyədə əlaqələrimiz var”.

“Qafqazinfo” xəbər verir ki, bunu “HaberGlobal”a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib. O, parlament sədrlərinin Bakıdakı üçtərəfli görüşündən danışıb:

“Birgə hərəkət edəcəyimiz çox sahə var. Azərbaycanı sadəcə dostumuz olduğu üçün deyil, bu mübarizədə sonuna qədər haqlı olduğu üçün dəstəklədik. Pakistan da Azərbaycana haqlı mübarizəsində dəstək olduğunu açıqca bildirdi. Bu, bizi bir araya gətirən səbəb oldu”.