Azərbaycana heroin gətirən şəxs saxlanıldı

azerbaycana-heroin-getiren-sexs-saxlanildi
Oxunma sayı: 774


Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Tofiq Abbasovun üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 0,952 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Murad Əhməd