“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bildirib. “Heç də zəhmət çəkməsinlər. Çünki Azərbaycan I Avropa Oyunlarını uğurla reallaşdıracaq. Biz də bu məsələdə Azərbaycana dəstəkçi olacağıq. I Avropa Oyunları kimi yarışları bəhanə edərək Azərbaycana hücum etməsinlər, ikili standartdan uzaq dursunlar. Sözdən anlayana bu yetər...”
Qeyd edək ki, Parlament Jurnalistləri Birliyi sədrinin müavini Aqil Aslan, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, “Report” İnformasiya Agentliyinin şöbə redaktoru Pərvin Abbasov və jurnalist Fərəh Sabirqızı Türkiyə Qazetecilər Federasiyasının başkan yardımçısı, Alanya Qəzetcilər Cəmiyətinin başkanı Mehmet Ali Dimin dəvəti ilə bu ölkədə səfərdə olub.
Son xəbərlər
Son Xəbərlər