Azərbaycana məxsus yük maşını aşdı, yolu kəsdi - Video

azerbaycana-mexsus-yuk-masini-asdi-yolu-kesdi
Oxunma sayı: 872

Rusiyanın Stavropol ərazisində, Mineral Sular trassının 7 kilometrliyində Azərbaycana məxsus yük maşını aşaraq yolu kəsib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, “99 XN 232” nömrə nişanlı yük maşınının sürücüsü hadisə nəticəsində ciddi xəsarət almayıb. 

Yol polisinin məlumatına görə, maşında plastik material daşınırmış.

Qəzaya görə “Kafkaz” federal trassında hərəkət müvəqqəti olaraq dayandırılıb.