“Azərbaycana qarşı şər-böhtan kampaniyası artıb”

azerbaycana-qarsi-ser-bohtan-kampaniyasi-artib
Oxunma sayı: 1032


“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında səsləndirib.

O qeyd edib ki, vaxtilə Azərbaycanda keçirilən Eurovision yarışmasında da belə bir kampaniya başladılmışdı: “Məlum qüvvələr tərəfindən başladılan kampaniyanın qarşısı da o zaman Azərbaycan dövləti tərəfindən vaxtında və zamanında alıb. Bu baxımdan hesab edirəm ki,  bu növbəti tədbiri də Azərbaycan dövləti uğurla həyata keçirəcək, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək. Mən burdan millət vəkillərinə, KİV-ə müraciət edərək bildirirəm ki, Azərbaycan qarşı yönəlmiş halların qarşısının alınmasında həmrəylik nümayiş etdirsinlər”.