“Azərbaycana qol vura bilməsəydik, hamı ağlayacaqdı” - Rəqib baş məşqçi

azerbaycana-qol-vura-bilmeseydik-hami-aglayacaqdi
Oxunma sayı: 1400

“Layiqli qələbə qazandıq. Düzdür, qələbə qolunu çətinliklə vurduq. Lakin çoxlu şansımız oldu, topa daha sahib olan tərəf idik”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri İrlandiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Noel Kinq deyib. 

O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamıza qarşı keçirilən matçdan danışıb. 62 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını deyib: “Üstünlük bizim tərəfdə idi. Oyunun çox hissəsinin rəqibin cərimə meydançası daxilində və onun ətrafında keçirdik. Sonradan adi hücumlardan birbaşa həmləyə keçdik. Birinci hissədə meydanda istədiyim oyunu görə bilmədim, çox pis mübarizə apardıq”. 

Çalışdırıcı komandasının çox aqressiv, uğura ac olduğunu dilə gətirib: “Bu, ruh yüksəkliyindən irəli gələn psixoloji durumdu. Azərbaycana qol vura bilməsəydik, hamı ağlayacaqdı. İndi komandadan hansısa futbolçuya Almaniyanı məğlub edə bilməyəcəklərini desəniz, onlar sizə çox sərt baxacaqlar”. 
Qeyd edək ki, İrlandiya millimizi 90+9-cu dəqiqədə vurulan qolla məğlub edib.