“Azərbaycana səfərim məhsuldar keçdi” - Ərdoğan

azerbaycana-seferim-mehsuldar-kecdi
Oxunma sayı: 1369

“Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana etdiyim bir günlük səfər məhsuldar keçdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Azərbaycanlı qardaşlarımız qədər biz də Azərbaycanın uğurlarına sevinirik. Türkiyə olaraq bu layihələrin bir parçası olduğumuz üçün qürur duyuruq”, - deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti, həmçinin Füzuli Beynəlxalq Hava Limanının təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün də daşınma mövzusunda əlavə dəyər vermə potensialına malik olduğunu vurğulayıb.