Azərbaycana soyuq silah gətirilməsinin qarşısı alınıb

azerbaycana-soyuq-silah-getirilmesinin-qarsisi-alinib
Oxunma sayı: 841


“Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə 8 belə fakt aşkar edilib və bütün faktlarla bağlı təhqiqat aparılır.

Komitə səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu "beşbarmaq" və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.