“Azərbaycana tarixi qələbə ilə dönürük”

azerbaycana-tarixi-qelebe-ile-donuruk
Oxunma sayı: 638

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyundan sonra komandaların baş məşqçiləri qarşılaşma haqqında fikirlərini bildirib:
Bernard Lippert (Azərbaycan U-21 yığmasının baş məşqçisi): “İslandiya yığmasını məğlub etməklə Azərbaycana tarixi qələbə ilə dönürük. O qədər də böyük olmayan istedad potensialı ilə bu qədər xarakter göstərmək asan iş deyil. Bu gün Avropa çeempionatının seçmə mərhələsində iştirak edən komandalar arasında ən gənc komanda bizim yığmadır. Çünki heyətimizdə hətta 1993-cü il təvəllüdlü futbolçular da yer alıb. Norveç yığmasına məğlubiyyətdən sonra komandamın özündə güc tapıb səfərdə qələbə qazanması sevindirici haldır. Layiq olduğumuz qələbəni qazandıq”.
Eyjolfur Sverrisson (İslandiya U-21 yığmasının baş məşqçisi): “Hər addımda mübarizəyə şahidlik etdiyimiz oyun oldu. Azərbaycan yığması layiqli qələbə qazandı. Hər iki komandanın müxtəlif vaxtlarda qol vurmaq üçün imkanları olsa da, rəqibimiz bundan daha yaxşı istifadə etdi. Azərbaycan yığması komanda şəklində çox yaxşı oynadı. Rəqib oyunçular çox qaçdı, pressinq etdi və layiq olduğunu qazandı”.