Azərbaycana təxliyə olunan şəxslərin sayı açıqlandı

azerbaycana-texliye-olunan-sexslerin-sayi-aciqlandi
Oxunma sayı: 2935

Bu günə qədər 438 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.

Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, onlardan 58-i azyaşlı, 209 nəfər isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdir. Təxliyə prosesi davam etməkdədir.