Azərbaycana yay fəsli daxil olub

azerbaycana-yay-fesli-daxil-olub
Oxunma sayı: 1852

Azərbaycana yay fəsli daxil olub. 

"Qafqazinfo” xəbər verir ki, coğrafi göstəricilərə əsasən, bu gün - iyunun 21-i saat 13:13-də yay fəsli başlayıb.

Bu gün ən uzun gündüz və ən qısa gecə yaşanacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Yay fəsli rəsmi olaraq sentyabrın 23-dək davam edəcək.