Azərbaycanda 1 günə 16 qəza- - 7 ölü, 13 yaralı

azerbaycanda-1-gune-16-qeza-
Oxunma sayı: 819


“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, gün ərzində ümumilikdə 16 ağır və ya nisbətən ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 7 nəfərdən başqa 13 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Ölümlə nəticələnən qəzalardan 2-si Bakıda, digər 5-i isə rayonlarda baş verib.

Hər bir fakt üzrə zəruri araşdırmalar aparılır.

Qeyd edək ki, son günlər ölkə ərazisində yağmurlu hava şəraiti hökm sürür. Bir çox yollarda duman çətinliklər yaradır.