Azərbaycanda 1000 məhbus işlə təmin olunub

azerbaycanda-1000-mehbus-isle-temin-olunub
Oxunma sayı: 645

Bu barədə SalamNews-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu sahədə həyata keçirilən son tədbir 11 saylı cəzaçəkmə müəssisəsində daha 15 nəfər məhkumun işlə təmin olunmasına şərait yaratmış istixananın təşkili olub. Belə ki, müəssisənin istehsalat sahəsində istifadəsiz olan 162 kvadratmetr sahədə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixana təşkil edilib və ilk məhsul yığılıb. Eyni zamanda istixanada tərəvəz bitkilərinin şitillərinin yetişdirilərək satışa çıxarılması nəzərdə tutulur.