Azərbaycanda 101 yaşlı qadın peyvənd olundu

azerbaycanda-101-yasli-qadin-peyvend-olundu
Oxunma sayı: 1244

Azərbaycanda 101 yaşlı qadın COVID-19 əleyhinə peyvənd olunub. 

“Qafqazinfo” TƏBİB-ə istinadən xəbər verir ki, söhbət İsmayıllı rayon sakini, 1920-ci il təvəllüdlü Ziliyeva Şamama Sədr qızından gedir.  

Qeyd edək ki, ölkə ərazisində vaksinasiya prosesi yanvar ayının 18-dən etibarən başlanılıb. Birinci mərhələdə tibb işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər peyvənd olunublar. Fevralın 17-dən isə yaşı 50-dən yuxarı olan şəxslərin də vaksinasiyasına başlanılıb. 

Xatırladaq ki, bundan öncə Lənkəran rayon sakini, 100 yaşlı Şananə Mahmudova da COVID-19 əleyhinə peyvənd olunmuşdu.

Gülnar Əliyeva