Azərbaycanda 12 nəfər də koronavirusdan sağaldı

azerbaycanda-12-nefer-de-koronavirusdan-sagaldi
Oxunma sayı: 1968

Azərbaycanda koronavirusdan sağalanların sayı artıb.

Operativ Qərargahdan "Qafqazinfo"ya daxil olan məlumata görə, koronavirus infeksiyasına yoluxan daha 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qeyd edək ki, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxan 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.