Azərbaycanda 18 yaşlı qız bıçaqlandı

azerbaycanda-18-yasli-qiz-bicaqlandi
Oxunma sayı: 3267

Samuxda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Bayramzadə Günay Şahniyar qızı qarının sol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.