Azərbaycanda 2 Olimpiya Kompleksi modul tipli xəstəxanaya çevriləcək

azerbaycanda-2-olimpiya-kompleksi-modul-tipli-xestexanaya-cevrilecek
Oxunma sayı: 4338

Azərbaycanda 2 Olimpiya İdman Kompleksi modul tipli xəstəxanaya çevriləcək. Bu barədə məlumatı “Qafqazinfo”ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib. 

O bildirib ki, Abşeron və Hövsan İdman Olimpiya Kompleksləri koronavirusla mübarizə məqsədilə modul tipli xəstəxana kimi fəaliyyət göstərəcək. 

Sabah hər iki kompleksdə açılış mərasimi olacaq.