“Azərbaycanda 2000-dən artıq ibadət məkanı var”

azerbaycanda-2000-den-artiq-ibadet-mekani-var-
Oxunma sayı: 904


“Qafqazinfo” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.

Konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bu gün dünyada din pərdəsi adı altında aparılan münaqişələrdən bəhs edərkən bildirib ki, İslam dininin genişlənməsindən narahat olan qüvvələr var:

"Bu qüvvələr tarixən İslam dininin bütövlüyünü pozmağa, onu parçalamağa çalışıblar. Müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar, radikal qruplar yaradılıb. Bu radikal qruplar əslində İslamın gözdən salınmasına, onun zəiflədilməsinə yönəldilib". 

QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Sovetlər dönəmində Azərbaycanda 17 məscid mövcud idisə, müstəqil Azərbaycanda hazırda 2000-dən artıq ibadət məkanı fəaliyyət göstərir.