Azərbaycanda 27 yaşlı polis işçisi öldü- - Foto

azerbaycanda-27-yasli-polis-iscisi-oldu-
Oxunma sayı: 14650


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Rayon Polis Şöbəsinin pasport və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru, polis baş-leytenantı Məhəmməd Abdullayev ürək çatışmazlığından ölüb. 

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 27 yaşlı M. Abdullayev iki gün əvvəl Abşeron rayon Polis Şöbəsinə təyinat alıbmış. O, yeni təyinatı ilə əlaqədar Bakıya gedərkən qəfildən dünyasını dəyişib.