Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib.
Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Son xəbərlər
Son Xəbərlər