Azərbaycanda 300-dək tibb işçisi koronavirusa yoluxub

azerbaycanda-300-dek-tibb-iscisi-koronavirusa-yoluxub
Oxunma sayı: 3975

"300-ə yaxın tibb işçisi koronavirusa yoluxub. Bu o demək deyil ki, onların hamısı iş yerində yoluxub. Əksəriyyəti ailədə yoluxub".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, virusa yoluxan həkimlərin 60-70 faizi sağalır:

"Virusa yoluxan həkimlər arasında ağır vəziyyətdə olanlar yoxdur. Həkimlərin çoxu sağalıb. Sağalan həkimlər iş başına qayıdıb".