Azərbaycanda 400 məktəbin direktoru yoxdur

azerbaycanda-400-mektebin-direktoru-yoxdur
Oxunma sayı: 1531

“İndiyə qədər işə qəbul imtahanlarında işirak edən 10 minə yaxın namizəddən 2000-ə yaxını bu vəzifəyə təyin olunub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

E.Bağırov qeyd edib ki, iyulun 6-da şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbulu üzrə test imtahanı keçiriləcək:

“Bu mərhələdən uğurla keçən namizədlər müsahibəyə buraxılacaq. Proses yeni tədris ilinin əvvəlinə kimi yekunlaşacaq”.

Şöbə müdiri əlavə edib ki, şagird sayı 500-dən az olan məktəblərə direktorlar təyinatı üçün namizədlərin test imtahanı mərhələsi artıq yekunlaşıb: “Keçid balları müəyyən olunub, növbəti həftələrdə yerli idarəetmə orqanları tərəfindən müsahibə mərhələsi həyata keçiriləcək. Hazırda Azərbaycanda 400 məktəbdə direktor vəzifəsi boşdur”.