Azərbaycanda 649 qadının 5-dən çox uşağı var

azerbaycanda-649-qadinin-5-den-cox-usagi-var
Oxunma sayı: 963


Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, həmin müavinətlər qadınlara Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, bu il yanvarın 1-dən verilir. Ölkədə 5-dən çox uşağı olan 649 qadın bu müavinəti 2781 uşaq üçün alır.

Qeyd edək ki, "Sosial müavinətlər haqqında" qanuna əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət verilir.

Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara verilir. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq.