Azərbaycanda 8 Martda hava necə olacaq?

azerbaycanda-8-martda-hava-nece-olacaq
Oxunma sayı: 1293


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Martın 09-da isə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın arabir yağıntılı olacağı, axşama doğru yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. 

Martın 09-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-7, yüksək dağlıq ərazilərdə 12-17, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.