Şəmkir rayonunda intihara cəhd hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, hadisə Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini, 1933-cü il təvəllüdlü Zaman Əhməd oğlu İbadullayev özünə qarın və qol nahiyələrindən bıçaq zərbələri endirib. Onu dərhal ağır vəziyyətdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.
83 yaşlı kişinin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Zaman Abdullayevin psixoloji problemləri olduğu üçün belə bir addım atdığı ehtimal edilir. Ancaq dəqiq səbəb aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər