Azərbaycanda 845 qramlıq körpə doğulub - Video

azerbaycanda-845-qramliq-korpe-dogulub
Oxunma sayı: 3286

Azərbaycanda 845 qramlıq körpə doğulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in tebaliyində fəaliyyət göstərən Respublika Perinatal Mərkəzi məlumat yayıb.

“Əzizova Nargilə 38 yaşında Respublika Peranatal Mərkəzinə hamiləliyin 28-ci həftəsində “Kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı” diaqnozu ilə daxil olub.

Qadının 7 hamiləliyindən 3 qızı var. İkisi talassemiya xəstəsidir. 02.03.2023-cü il saat 00:40-da RPM-də qeysəriyyə kəsiyi əməliyyatı ilə 845 qr, boyu 33 sm, oğlan uşağı dünyaya gətirib. Uşaq yenidoğulmuşların Reanimasiya şöbəsində, sonra isə Patologiya şöbəsində müalicə alıb.
Mayın 18-də kafi vəziyyətdə 79-cu günündə evə yola salındı. Yola salınarkən çəkisi 1450 qr olub”, -xəstəxananın məlumatında qeyd olunub.

Həmçinin oxuyun: Роналду после гола сделал саджда - Видео