Azərbaycanda 900-dən çox məhkum elektron qolbaq daşıyır

azerbaycanda-900-den-cox-mehkum-elektron-qolbaq-dasiyir
Oxunma sayı: 2408

Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə baş tutan Məhkəmə-Hüquq Şurasının iclasında məlumat verilib. 

Bildirilib ki, artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib. 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb.