Azərbaycanda 93 yaşlı kişini boğaraq öldürdülər

azerbaycanda-93-yasli-kisini-bogaraq-oldurduler
Oxunma sayı: 2620

Göygöl rayonunda 93 yaşlı kişi qətlə yetirilib. Hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, Çaykənd icra nümayəndəliyindən ans press-ə verilən məlumata görə, kənd sakini 1923-cü il təvəllüdlü Kamil Məhəmməd oğlu Məmmədov yaşadığı evdə kəndirlə boğularaq öldürülüb.

İcra nümayəndəliyindən onu da bildiriblər ki qətlə yetirilən kişi evdə tək yaşayırmış:

“Onun övladları Bakıda yaşayır. Mərhum da adətən qışda paytaxtda, yayda kənddə yaşayırdı. Kəndə də təxminən bir həftə əvvəl gəlmişdi. 3 gündür ki, Bakıdakı oğlu zəng vurumuş. Ancaq Kamil kişinin telefonuna zəng çatmırdı. Bu gün əlacsız qalan övladları qonşulara zəng vurublar. Kənd sakinləri evlərinə gəldikdə isə mərhumun qətlə yetirildiyini görüblər. Dərhal əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib”, -deyə icra nümayəndəliyindən bildirdilər.

Hadisənin tamah məqsədi ilə törədildiyi istisna edilmir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.