Azərbaycanda 99.1 faizlik artım

azerbaycanda-991-faizlik-artim
Oxunma sayı: 707

Cari ilin birinci rübündə ölkədə 15229,7 milyon manat ümumi daxili məhsul istehsal edilib. 

“Qafqazinfo” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb, neft-qaz bölməsində isə 6,8 faiz azalıb. 

Nəticə olaraq ÜDM-in 2016-cı ilin birinci rübünə nisbətən artım sürəti 99,1 faiz olub.

Ümumi daxili məhsulun 7094,3 milyon manatı sənayedə, 1823,1 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 1187,8 milyon manatı tikintidə, 1006,9 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 442,1 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 412,3 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 259,3 milyon manatı informasiya və rabitə sahələrində, 1931,3 milyon manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər 1072,6 milyon manat təşkil edib.