Azərbaycanda açıq bankçılıq üzrə ilk Hakaton qalibləri müəyyən olundu - Fotolar

azerbaycanda-aciq-bankciliq-uzre-ilk-hakaton-qalibleri-mueyyen-olundu
Oxunma sayı: 801

İnformasiya texnologiyalarının inkişafına ayırdığı böyük diqqətlə seçilən “Bank Respublika”nın təşəbbüsü və təşkilatçılığı ilə ölkədə açıq bankçılıq üzrə ilk hakaton keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Quantomania” adlı yarışmanın əsas məqsədləri proqramçı gənclərin rəqabət şəraitində biliklərini yoxlamasına, özünü tanıtmasına, müxtəlif proqram, innovativ məhsul və xidmətlərin meydana gəlməsinə şərait yaratmaq və ölkəmizdə açıq bankçılıq imkanlarının tədbiqinə təkan verməkdir.

Yarışmaya qatılmaq üçün 40-a yaxın komanda müraciət edib və testlərin nəticəsində 8 ən istedadlı və innovativ komanda finala çıxıb. 5-7 avqust tarixlərində baş tutmuş növbəti mərhələdə isə finalçılar 50 saat davam edən yarışmada iştirak edib və münsiflər heyəti tərəfindən müxtəlif kriteriyalar üzrə qiymətləndirilərək Hakatonun 5 qalibi müəyyən olunub. Münsiflər heyətinin tərkibini ölkəmizdə fəaliyyət göstərən aparıcı İT, Fintech, təhsil sahəsi və özəl şirkətlərin rəhbərləri təşkil ediblər.

Hakatonda 1-ci yeri “Fuzzy Logic” komandası, 2-ci yeri “Enigma” komandası, 3-cü yeri “DataMass” komandası qazanıb. Həmçinin, “2+3 Found Now” və “Evolution” komandaları müvafiq olaraq 4-cü və 5 yerləri bölüşüblər.

Qeyd edək ki, ən yüksək nəticə göstərən komanda 5.000 AZN, 2-ci yerin qalib komandası 2.500 AZN, 3-cü yerin qalib komandsı 1.500 AZN, 4-cü və 5-ci yerin qalib komandaları hər biri 500 AZN dəyərində pul mükafatı qazanıb. "Bank Respublika" bütün qalib komandaları təbrik edir və işlərində uğurlar arzulayır. 

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya bankın Çağrı Mərkəzinə, 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.