Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var+Adlar

azerbaycanda-agir-qeza-
Oxunma sayı: 5917

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

Qafqazinfo” xəbər verir ki, Rayonun Mərkəzi Xəstəxanasından Ans press-ə verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Yevlax-Balakən-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal mərkəzi xəstəxanaya çatdırılıblar.

Həmin şəxslər aşağıdakılardır:

1. İntiqam Allahverdi oğlu Bəkirov - 1991-ci il təvəllüdlü, Zaqatala rayonunun Qımır kənd sakini

2. Abdurrahman Nəzir oğlu Hacıyev - 2003-cü il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

3. Zöhrə Nəzir qızı Hacıyeva - 1996-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

4. Sevil Aslan qızı Nəzirova - 1976-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

5. Mədinə Abdulla qızı Mustafayeva - 1964-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini

6. Gülnar Mais qızı Sadıqova - 1993-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini

Ölən şəxs isə 1932-ci il təvəllüdlü, Zaqatalanın Qazangül kənd sakini Hacıyeva Pərixan Əhməd qızıdır.

Faktla bağlı araşdırma aparılır.